Venesuela və Qayana ərazi münaqişəsinin həlli üçün yüksək səviyyəli danışıqlar aparacaq.
“Report” xəbər verir ki, bunu Venesuelanın xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri Dri İvan Gil-Pinto bəyan edib.
Onun sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduro Moros Braziliyanın prezidenti Luiz İnasio Lula da Silva, Sent Vinsent və Qrenadinlərin baş naziri Ralf Qonkalves ilə telefon danışığı aparıb. Danışıqlar zamanı o, yaxın günlərdə elan olunacaq Qayana Kooperativ Respublikası ilə sammit görüşünün keçirilməsi təklifi alıb:
“Hər iki söhbətdə Venesuelanın Qayana-Essekibo üzərində mübahisəsiz, suveren hüququnun tarixi mövqeyi, eləcə də 1966-cı il Cenevrə razılaşmasına, bolivar sülh diplomatiyasının prinsiplərinə və dəyərlərinə əsaslanan tələblərimizin qanuni və dinc xarakterini bir daha təsdiqlənib”.
Həmçinin qeyd olunub ki, Maduronun BMT-nin baş katibi Antonio Quterres ilə telefon danışığı olub və o, münaqişə tərəfləri arasında “birbaşa dialoqun qurulması” üçün davam edən səyləri dəstəkləyib.