Vaşinqtonda Cozef Baydenə yaxınlaşmaq istəyən silahlı qadın saxlanılıb

Vaşinqtonda Cozef Baydenə yaxınlaşmaq istəyən silahlı qadın saxlanılıb ABŞ-ın p​​​​olis əməkdaşları Ağ Ev yaxınlığında maşınında doldurulmuş tapança aşkarlanan qadını saxlayıblar.
Digər ölkələr
15 Fevral , 2021 06:48
Vaşinqtonda Cozef Baydenə yaxınlaşmaq istəyən silahlı qadın saxlanılıb
Cozef Bayden

ABŞ-ın p​​​​olis əməkdaşları Ağ Ev yaxınlığında maşınında doldurulmuş tapança aşkarlanan qadını saxlayıblar.

“Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Fox News” telekanalı bildirib.

Polis əməkdaşlarının dediyinə əsasən, 66 yaşlı qadın nəzarət-buraxılış məntəqəsi vasitəsilə ABŞ prezidenti iqamətgahının hasarlanmış ərazisinə girməyə çalışıb. O, iddia edib ki, guya Amerika lideri Cozef Baydenə hansısa yazılı müraciəti verməyə hazırlaşır.

Asayiş keşikçiləri onun Ağ Ev yaxınlığında yerləşən avtomobilində axtarış zamanı tapança aşkarlayıblar. Şəxsiyyəti açıqlanmayan qadını pnevmatik silahla silahlanmış kişi müşayiət edib. O, qeydiyyatsız silah gəzdirmə səbəbindən saxlanılıb və ABŞ dövlətin birinci şəxslərinin mühafizəsi ilə məşğul olan Məxfi Xidmətinə verilib.

Son xəbərlər

Orphus sistemi