Vaşinqton tezliklə Ər-Riyada silah satışına qoyulan qadağanı aradan qaldıra bilər

Vaşinqton tezliklə Ər-Riyada silah satışına qoyulan qadağanı aradan qaldıra bilər ABŞ tezliklə Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı ləğv edə bilər.
Digər ölkələr
27 May , 2024 01:55
Vaşinqton tezliklə Ər-Riyada silah satışına qoyulan qadağanı aradan qaldıra bilər

ABŞ tezliklə Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı ləğv edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti amerikalı rəsmilərə istinadən bildirib.

Nəşrin məlumatına görə, Vaşinqton, çox güman ki, Ər-Riyada üç ildir qüvvədə olan hücum silahlarının satışına qoyulmuş qadağanı yaxın həftələrdə ləğv edəcək.

Qəzetin xatırlatdığı kimi, 2021-ci ildə ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Səudiyyə Ərəbistanının Yəməndə Amerikanın hücum silahları ilə mülki əhalini qırmasına görə Ər-Riyada silah satışını dayandırıb. 2022-ci ildə Ər-Riyad və Səna barışıq əldə etdikdən sonra Vaşinqton bu qərarı yenidən gözdən keçirməyə başlayıb.

Mənbələrdən biri FT-yə söyləyib ki, ABŞ Səudiyyə Ərəbistanına qadağanın tezliklə aradan qaldırılacağına aydınlıq gətirib. Ağ ev qəzetə şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi