ÜST rəhbəri Səna hava limanına edilən hücumlardan sonra Yəməndən çıxa bilməyib

ÜST rəhbəri Səna hava limanına edilən hücumlardan sonra Yəməndən çıxa bilməyib Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Ghebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib - bilməyəcəyindən xəbərsizdir.
Digər ölkələr
26 Dekabr , 2024 22:57
ÜST rəhbəri Səna hava limanına edilən hücumlardan sonra Yəməndən çıxa bilməyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələlik təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesusun Səna hava limanına hücumlardan sonra cümə axşamı Yəməndən çıxa bilib-bilməyəcəyindən xəbərsizdir.

"Report"un məlumatına görə, bu barədə qurumun mətbuat xidməti bildirib.

Qeyd olunub ki, daha ətraflı məlumat olanda xəbər veriləcək.

Gebreyesus daha əvvəl "X" hesabında yazıb ki, BMT nümayəndə heyətinin uçması üçün hava limanına dəyən ziyanın aradan qaldırılmasına qədər gözləmək lazımdır.

O həmçinin deyib ki, hava hücumu Yəmənin Səna hava limanında BMT nümayəndə heyəti ilə birlikdə olduğu təyyarədən bir neçə metr aralıda yerləşən binaya ziyan vurub. Nəticədə ekipajın bir üzvü xəsarət alıb.

Qeyd edək ki, bu gün İsrail aviasiyası üsyançı husilər Ənsar Allah hərəkatının nəzarətində olan Səna və liman şəhəri Hudeydaya irimiqyaslı zərbələr endirib. Yerli KİV-in məlumatına görə, insident nəticəsində iki nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi