Ukrayna üzrə sülh konfransının yekun sənədini 91 ölkədən 80-i dəstəkləyib
Digər ölkələr
- 16 iyun, 2024
- 12:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 15-16-da Bürgenştokda keçirilən Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədi 91 ölkədən 80-i tərəfindən dəstəklənib.
“Report” TASS-a istinadən xəbər verir ki, iclasın təşkilatçıları sənədi təsdiqləyən ölkələrin siyahısını dərc ediblər.
Siyahıya əsasən, sənədi dəstəkləyən ölkələr arasında Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı yoxdur.
İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ isə siyahıda yer alıb.
Kommunikedə vurğulanır ki, nüvə enerjisindən istifadə təhlükəsiz olmalıdır, ərzaq təhlükəsizliyi pozulmamalıdır, gəmilərə və limanlara hücumlar qəbuledilməzdir.
İclas iştirakçıları Ukraynada müharibə zamanı əsir götürülmüş insanların azad edilməsinin zəruriliyini də bildiriblər.
Son xəbərlər
22:21
Türkiyədə turistləri daşıyan mikroavtobus aşıb, 15 nəfər yaralanıb
Region
22:15
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
Region
22:11
Foto
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub
Daxili siyasət
22:03
Əlcəzair Prezidenti Nigerə hərbi kontingentin göndərilməsini təsdiqləyib
Digər ölkələr
21:57
Murad Məmmədov zədədən sonra "Pafos"un heyətində növbəti oyununa çıxıb
Futbol
21:53
Foto
Tehran sammiti: Regionda sülh və təhlükəsizlik üzrə danışıqlar davam edəcək - Yenilənib-2
Region
21:52
Foto
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
Daxili siyasət
21:49
Foto
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib
Daxili siyasət
21:46
Foto
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət