Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün lazım olan səfərbər edilmiş şəxslərin sayını açıqlayıb

Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün lazım olan səfərbər edilmiş şəxslərin sayını açıqlayıb Ukraynanın əks-hücum imkanına malik olmaq üçün ən azı 1,8 milyon nəfəri səfərbər etməsi lazımdır.
Digər ölkələr
28 Noyabr , 2024 02:16
Ukrayna Silahlı Qüvvələri əks-hücum üçün lazım olan səfərbər edilmiş şəxslərin sayını açıqlayıb

Ukraynanın əks-hücum imkanına malik olmaq üçün ən azı 1,8 milyon nəfəri səfərbər etməsi lazımdır.

“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçisi Yevgeni İyevlev “Kiyev 24” telekanalının efirində açıqlayıb.

Hərbçinin sözlərinə görə, hazırda Ukrayna ordusunun döyüş bölmələri tükənib.

Xatırladaq ki, bir gün əvvəl USQ-nin baş komandanı Oleksandr Sırski təfərrüatları açıqlamadan cəbhədə yeni əks-hücumun olacağının anonsunu vermişdi.

Ölkədə hərbi vəziyyət 2022-ci ilin fevralından qüvvədədir. O zaman Ukrayna Prezidenti Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalamışdı. Daha sonra Ali Rada onun müddətini dəfələrlə uzadıb. 18-60 yaş arası kişilərin əksəriyyətinin ölkəni tərk etməsi qadağandır.

Son xəbərlər

Orphus sistemi