Türkmənistan Prezidenti energetika nazirini vəzifəsindən azad edib

Türkmənistan Prezidenti energetika nazirini vəzifəsindən azad edib Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov energetika naziri Hacıməhəmməd Rəcəbmuradovu işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib.
Digər ölkələr
15 İyul , 2023 08:26
Türkmənistan Prezidenti energetika nazirini vəzifəsindən azad edib

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov energetika naziri Hacıməhəmməd Rəcəbmuradovu işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi "Neytral Türkmənistan" qəzeti ölkənin Nazirlər Kabinetinin ötən gün keçirilən geniş iclasının yekunlarına dair məlumat yayıb.

Berdiməhəmmədov yeni energetika naziri vəzifəsinə əvvəllər nazir rəis müavini vəzifəsində çalışan Annageldi Saparovu təyin edib. H.Rəcəbmuradov 2021-ci ilin avqustundan nazirliyə rəhbərlik edirdi. Bu ilin yanvarında Türkmənistan Prezidenti baş nazirin elektrik enerjisi sənayesi, tikinti və sənayeyə cavabdeh müavinini də dəyişib: Çarımirat Purçekovun əvəzinə bu vəzifəni Baimurad Annaməmmədov tutub.

Bundan əlavə, dövlət başçısı iclas zamanı işində yol verdiyi nöqsanlara görə Niyazlı Niyazlyevi “Türkmənkimiya” dövlət konserninin rəhbəri vəzifəsindən azad edib.

Son xəbərlər

Orphus sistemi