Türkiyənin Mosuldakı Baş Konsulluğuna iki raket atılıb - YENİLƏNİB

Türkiyənin Mosuldakı Baş Konsulluğuna iki raket atılıb - YENİLƏNİB Türkiyə səfirliyinin Mosuldakı səfirliyinə hücum olub.
Digər ölkələr
27 İyul , 2022 13:50
Türkiyənin Mosuldakı Baş Konsulluğuna iki raket atılıb - YENİLƏNİB

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumun təfərrüatları məlum olub.

“Report” "Milliyət"ə istinadən xəbər verir ki, diplomatik nümayəndəliyə 2 raket atılıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Amma ətrafdakı tikililələrə və avtomobillərə ziyan dəyib.

Şahidlərin sözlərinə görə, ərazidə yaşayan bəzi ailələr evlərini tərk ediblər.

13:31

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hücumu pisləyib: “BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”.

Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi