Türkiyədə son həftə ərzində 38 terrorçu məhv edilib
Digər ölkələr
- 02 may, 2017
- 02:26
Bakı. 2 may. REPORT.AZ/ Son bir həftə ərzində Türkiyədə keçirilmiş antiterror əməliyyatları nəticəsində 38 terrorçu məhv edilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, onlar arasında PKK terror qruplaşmasının rəhbər şəxsləri də var. Terrorçulardan 11-i silahı yerə qoyaraq hakimiyyət orqanlarına təslim olub, daha 16 nəfər isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Terrorçuluqda şübhəli bilinənlər əleyhinə bütün ölkə ərazisində 579 əməliyyat keçirilib. Əməliyyatlar zamanı İŞİD-lə əlaqədə şübhəli bilinən 43 nəfər saxlanılıb. Habelə FETÖ ilə əlaqədə şübhəli bilinən 3231 nəfər saxlanılıb.
Son xəbərlər
06:43
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
Daxili siyasət06:37
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
Daxili siyasət05:57
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
Digər ölkələr05:20
ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib
Digər ölkələr04:58
Bessent Ukraynadakı müharibə bitənə qədər ABŞ-Rusiya razılaşmasını istisna edib
Digər ölkələr04:15
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib
Digər ölkələr03:55
ABŞ Konqresi İraqa helikopterlərin satışı ilə bağlı razılaşmanı nəzərdən keçirəcək
Digər ölkələr03:24
Nyu-Yorkda yoldan keçənlərə bıçaqla hücum edən qadın öldürülüb
Digər ölkələr02:56