Türkiyədə FETÖ-nün əsas fiqurlarından olan jurnalist saxlanılıb

Digər ölkələr
  • 22 noyabr, 2023
  • 11:55
Türkiyədə FETÖ-nün əsas fiqurlarından olan jurnalist saxlanılıb

Türkiyədə FETÖ-nün əsas fiqurlarından olan jurnalist Mehmet Kamış saxlanılıb.

“Report” xəbər verir ki, o, Milli Kəşfiyyat İdarəsi və polis əməkdaşlarının birgə əməliyyatı nəticəsində İzmirdə tutulub.

M.Kamışın “Zaman” qəzetində redaktor vəzifəsində çalışdığı bildirilib.