Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı işlərini davam etdirəcək

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı işlərini davam etdirəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzərində işləməyə davam edəcəyini bildirib.
Digər ölkələr
18 fevral 2025 15:44
Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı işlərini davam etdirəcək

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması üzərində işləməyə davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Qara dənizdə kommersiya gəmiçiliyi mühüm məsələ olaraq qalır. Ölkəmiz təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi üzərində işləməkdə davam edəcək. Hesab edirik ki, Qara dənizdə həyata keçirilə biləcək bu cür tədbirlər danışıqlar prosesində mühüm etimad tədbiri rolunu oynayacaq”, - o deyib.

Son xəbərlər

Orphus sistemi