Yuxarı

​Tunisdə 6 silahlı zərərsizləşdirilib

6 silahlı tutulub, onlardan silah-sursat aşkarlanaraq, götürülüb

Bakı. 9 mart. REPORT.AZ/ Tunisin Liviya ilə sərhədində yerləşən ben-Qerdan şəhərində 6 silahlı zərərsizləşdirilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda ölkənin silahlı qüvvələri məlumat yayıb.

Məlumata görə, 6 nəfər tutulub, onlardan silah-sursat aşkarlanaraq, götürülüb.

Qeyd edək ki, martın 7-də bir qrup silahlının Ben-Qerdan sərhədyanı rayonunda hərbçilərə hücumu nəticəsində 37 silahlı öldürülmüş, 8-i isə tutulmuşdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi