Trüdo: Kanada ABŞ ilə sərhəd təhlükəsizliyinə 700 milyon dollar xərcləməyə hazırdır

Trüdo: Kanada ABŞ ilə sərhəd təhlükəsizliyinə 700 milyon dollar xərcləməyə hazırdır Kanada hökuməti ABŞ Prezidenti Donald Trampın Kanada mallarına rüsum tətbiq etməklə bağlı düşüncələrindən yayınmaq üçün ABŞ ilə sərhəddə təhlükəsizliyin təkmilləşdirilməsi üzrə dəyəri 1 milyard Kanada dollarından (700 milyon ABŞ dollarından) çox olan plan
Digər ölkələr
21 Yanvar , 2025 21:52
Trüdo: Kanada ABŞ ilə sərhəd təhlükəsizliyinə 700 milyon dollar xərcləməyə hazırdır

Kanada hökuməti ABŞ ilə sərhəddə təhlükəsizliyin təkmilləşdirilməsi üzrə dəyəri 1 milyard Kanada dollarından (700 milyon ABŞ dollarından) çox olan plan hazırlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Baş naziri Castin Trüdo bildirib.

“Hökumətimiz Prezident Trumpın sərhəd təhlükəsizliyi kontekstində qaldırdığı narahatlıqları həll etmək üçün artıq addımlar atıb, o cümlədən Kanadaya 1 milyard dollardan da baha başa gələcək hərtərəfli sərhəd planı hazırlayıb. Sərhədin hər iki tərəfində vətəndaşlarımızın təhlükəsizliyi üçün artıq amerikalılarla birgə işləyirik”, - Trüdo deyib.

Baş nazir vurğulayıb ki, Trampın narahatlığına baxmayaraq, Kanadanın payına fentanil narkotik vasitəsinin 1%-dən az hissəsi, eləcə də ABŞ-a daxil olan qeyri-qanuni immiqrantların 1%-dən az hissəsi düşür.

Son xəbərlər

Orphus sistemi