Trampın hüquq müşaviri Respublikaçılar Partiyasının bəzi iclaslarına buraxılmayıb

Trampın hüquq müşaviri Respublikaçılar Partiyasının bəzi iclaslarına buraxılmayıb ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni administrasiyada vəzifələr üçün potensial namizədlərdən pul tələb etməkdə şübhəli bilinən hüquq müşaviri Boris Epşteyn Respublikaçılar Partiyasının keçid komandasının bəzi iclaslarında iştirakdan kənarla
Digər ölkələr
27 Noyabr , 2024 06:48
Trampın hüquq müşaviri Respublikaçılar Partiyasının bəzi iclaslarına buraxılmayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni administrasiyaında vəzifələr üçün potensial namizədlərdən pul tələb etməkdə şübhəli bilinən hüquq müşaviri Boris Epşteyn Respublikaçılar Partiyasının keçid komandasının bəzi iclaslarında iştirakdan kənarlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Tramp komandasının onunla bağlı araşdırmasına görə keçid məsələlərinin müzakirə olunduğu bəzi görüşlərdə Epşteynin iştirakına qarşı çıxılıb.

Məqalədə deyilir ki, bu problem seçilmiş prezidenti uzun müddət sadiq olanlar və sonradan komandasına qoşularaq onun ikinci rəhbərliyinə nizam-intizam gətirməyə çalışanlar arasında seçim etməyə məcbur edə bilər. Boris Epşteyn özü ittihamları rədd edib.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Epşteyn yeni administrasiya üçün potensial namizədlərdən Trampın qarşısında onları müdafiə edəcəyi müqabilində aylıq məsləhət haqqı ödəmələrini istəyib.

Son xəbərlər

Orphus sistemi