Tramp: Qəzzada atəşkəsin saxlanacağına əminəm
Digər ölkələr
- 13 oktyabr, 2025
- 06:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp İsraillə HƏMAS arasında atəşkəsin saxlanacağına və Qəzzada müharibənin bitdiyinə əmin olduğunu bildirib.
"Report"un məlumatına görə, bunu Amerika lideri İsrailə yola düşməzdən əvvəl jurnalistlərə mövzu ilə bağlı sualı cavablandırarkən deyib.
"Düşünürəm, bəli, düşünürəm ki, bu (müqavilə - red.) olacaq", - o bildirib.
Prezident əlavə edib ki, bu inamın bir çox səbəbləri var, o cümlədən insanların münaqişədən yorulması.
Amerika liderinin sözlərinə görə, o, gələcəkdə Qəzza zolağına səfər etmək istərdi.
"Mən bunu etmək istərdim. Ən azı ora ayaq basmaq istərdim", - Tramp deyib.
Son xəbərlər
15:46
Azərbaycanda bu il nikah potensialında olan gənclərin yarısı evlənməyib
Sosial müdafiə
15:46
Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib
Sosial müdafiə
15:46
Foto
Gəncə və Göygölün turizm imkanlarının təşviqi məqsədilə səfər təşkil olunub
Turizm
15:42
"Azercell"də "Super Cümə": seçilmiş cihazlara 60 %-dək endirim!
İKT
15:40
Tonoyana vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət işi çərçivəsində yeni ittiham irəli sürülüb
Region
15:37
Merts: Rusiya Baltikyanı, Polşada, Qara dənizdə, kosmosda və elə Almaniyanın özündə eskalasiyaya gedir
Digər ölkələr
15:25
Ölkədə cari ilin on ayı ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət qeydə alınıb
Sosial müdafiə
15:25
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi məhkəmədən vaxt istəyib
Hadisə
15:24
Azərbaycanda "Temu"ya qarşı aparılan araşdırma başa çatıb
Biznes