Tramp etirazlara görə dəniz piyadalarını Los-Ancelesə göndərməyə hazırdır

Digər ölkələr
  • 09 iyun, 2025
  • 03:46
Tramp etirazlara görə dəniz piyadalarını Los-Ancelesə göndərməyə hazırdır

ABŞ hakimiyyəti etirazların bütün ölkə və onun vətəndaşları üçün təhlükə yaratdığına inanırlarsa, dəniz piyadalarını Kaliforniyanın Los-Anceles şəhərinə göndərməyi düşünürlər.

"Report"un xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp bazar günü Nyu-Cersidən Merilendə uçmazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Ölkəmizə, vətəndaşlarımıza təhlükə görsək, asayişi təmin etmək üçün çox qətiyyətlə hərəkət edəcəyik”, - o, Los-Ancelesdə qanunsuz mühacirlərin deportasiyasına qarşı keçirilən etiraz aksiyaları zamanı dəniz piyadalarının təhlükəsizliyi təmin etmək üçün hansı şərtlərlə cəlb oluna biləcəyi ilə bağlı sualı cavablandırıb.

"Biz dünən gecə Los-Ancelesdə baş verənləri diqqətlə izləyirdik. Çoxlu zorakılıq olub və bu, daha da pis ola bilərdi", - deyə ABŞ Prezidenti ölkədə "bunun baş verməsinə "imkan verməyəcəyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti