Tokioda qatarın bir neçə vaqonu relsdən çıxıb, xəsarət alanlar var

Tokioda qatarın bir neçə vaqonu relsdən çıxıb, xəsarət alanlar var Yaponiyanın paytaxtı Tokionun Adaçi rayonunda qatarın bir neçə vaqonu relsdən çıxaraq azı 3 nəfəri yaralayıb. "Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə 6,1 bal gücündə baş verən yeraltı təkanlar səbəb olub.
Digər ölkələr
7 Oktyabr , 2021 20:14
Tokioda qatarın bir neçə vaqonu relsdən çıxıb, xəsarət alanlar var
0 : 00
0 : 00

Yaponiyanın paytaxtı Tokionun Adaçi rayonunda qatarın bir neçə vaqonu relsdən çıxaraq azı 3 nəfəri yaralayıb.

"Report"un "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, hadisəyə 6,1 bal gücündə baş verən yeraltı təkanlar səbəb olub.

Qatar təcili əyləc vəziyyətində olub. Nəticədə qatarın bir neçə vaqonu relsdən çıxsa da, yan tərəfə yıxılmayıb.

Bütün sərnişinlər qatardan təxliyə edilib.

Yeraltı təkanların episentri Tokio və Çiba prefekturalarının sərhədində 80 km dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı edilməyib.

Son xəbərlər

Orphus sistemi