Tbilisi İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb

Tbilisi İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveç hökumətinin ölkədəki radikal təşkilatları maliyyələşdirdiyini bəyan edib.
Digər ölkələr
11 fevral 2025 12:13
Tbilisi İsveçi Gürcüstanda Maydan təşkil etməyə cəhddə günahlandırıb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveç hökumətinin ölkədəki radikal təşkilatları maliyyələşdirdiyini bəyan edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Onun sözlərinə görə, "Beynəlxalq Şəffaflıq - Gürcüstan" qeyri-hökumət təşkilatının fəaliyyətinin arxasında İsveç maliyyələşdirməsi durur və ümumilikdə, radikal QHT-lər müvafiq donorlar tərəfindən dəstəklənir.

“İsveç parlamentinin Avropa məsələləri komitəsinin sədri Erik Otoson açıq şəkildə "Maydan" və radikallaşma çağırışları edir. Maraqlıdır ki, İsveçdə heç kim onun bu fikirlərini anlamayıb”, - deyə Papuaşvili vurğulayıb.

Son xəbərlər

Orphus sistemi