Tayvanın yeni seçilən rəhbəri Çinlə dialoqa hazır olduqlarını bildirib

Digər ölkələr
  • 13 yanvar, 2024
  • 13:38
Tayvanın yeni seçilən rəhbəri Çinlə dialoqa hazır olduqlarını bildirib

Tayvan administrasiyasının başçısı seçilən Lai Qingde Tayvanın paritet olacağı təqdirdə Çinlə dialoq istədiyini deyib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, Tayvan boğazında status-kvonu saxlamaq üçün dialoqdan istifadə etmək niyyətində olduğunu bildirib.

L. Qingdə adanı Çindən gələn təhdidlərdən qorumağa sadiq olduğunu söyləyib.

44 filmi