“Talibançılar” son 4 ayda Əfqanıstanda 2,5 min nəfərdən çox dinc sakini öldürüblər

“Talibançılar” son 4 ayda Əfqanıstanda 2,5 min nəfərdən çox dinc sakini öldürüblər Əfqanıstanda son dörd ay ərzində "Taliban" hərəkatı döyüşçülərinin hərəkətləri nəticəsində 2 566 dinc sakin həlak olub.
Digər ölkələr
31 İyul , 2021 07:02
“Talibançılar” son 4 ayda Əfqanıstanda 2,5 min nəfərdən çox dinc sakini öldürüblər

Əfqanıstanda son dörd ay ərzində "Taliban" hərəkatı döyüşçülərinin hərəkətləri nəticəsində 2 500-dən çox dinc sakin həlak olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kabildə keçirilən mətbuat konfransında Əfqanıstanın Sülh məsələləri üzrə Nazirliyinin nümayəndəsi Sayed Abdulla Haşimi bildirib.

Haşimi qeyd edib ki, “talibançılar” son 4 ay ərzində 22 min hücum təşkil ediblər.

Onun sözlərinə görə, hücumlar nəticəsində 3 021 dinc sakin yaralanıb, 2 566 nəfər həlak olub. Bu dinc sakinlər "talibançılar" tərəfindən törədilən terror aktlarının, raket atəşlərinin və sui-qəsdlərin qurbanı olublar.

Nazirliyin nümayəndəsi vurğulayıb ki, ölkədə gərginliyin artması insan tələfatının və dağıntıların sayının artımına gətirib çıxaracaq.

"Talibançılar"ın hücumlarına görə ölkədə 621 məktəb bağlanıb, minlərlə uşaq təhsil almaq imkanından məhrum olub.

Son xəbərlər

Orphus sistemi