"Taliban" soyğunçuluqda ittiham edilən iki nəfəri edam edib

"Taliban" soyğunçuluqda ittiham edilən iki nəfəri edam edib Əfqanıstanda hakimiyyətdə olan "Taliban" yaşayış binasına silahlı basqın edən iki Herat sakinini edam edib.
Digər ölkələr
5 Oktyabr , 2021 20:13
Taliban soyğunçuluqda ittiham edilən iki nəfəri edam edib
0 : 00
0 : 00

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" yaşayış binasına silahlı basqın edən iki Herat sakinini edam edib.

"Report" xəbər verir ki, bu barədə yerli "Hasht e Subh" qəzeti məlumat yayıb.

Məlumata görə, həmin iki nəfər əyalət sakinlərindən birinin mənzilinə girməyə cəhd edib. Ev sahibi qonşularının dəstəyi ilə silahlılara atəş açaraq yaralayıb. Bundan sonra "Taliban" döyüşçüləri çoxlu adamın iştirakı ilə basqın edənləri ilkin araşdırma aparmadan edam etdilər.

Son xəbərlər

Orphus sistemi