​Suriyadakı parlament seçkilərində beş milyondan çox seçici səs verib

Digər ölkələr
  • 16 aprel, 2016
  • 20:39
​Suriyadakı parlament seçkilərində beş milyondan çox seçici səs verib

Bakı. 17 aprel. REPORT.AZ/ Suriyada Xalq Şurasına - parlamentə keçirilmiş seçkilərdə 5 milyon 85 min 444 seçici səs verib. "Report" xəbər verir ki, bu barədə Suriyanın Mərkəzi Seçki Komissiyasının sədri Xişam Aş-Şaer keçirdiyi mətbuat konfransında məlumat verib.

O, bildirib ki, Suriyada səs vermək hüququna 8 milyon 834 min 994 vətəndaş malikdir. Lakin onlardan 5 milyon 85 min 444 insan səs verib. Bu rəqəm ölkə seçicilərinin 57,56 faizini təşkil edir.

Qeyd edək ki, Xalq Şşurasına seçkilər aprelin 13-də keçirilib. Səsvermələr ölkənin 15 əyalətindən 13-də keçirilib. İdlib və Rakkanın terror qruplaşmaları tərəfindən tutulması səbəbindən seçkilər bu əyalətlərdə keçirilməyib.

Seçkilərdə 250 deputat mandatı uğrunda 3 mindən çox namizəd mübarizə aparıb.

.

Son xəbərlər

Bütün Xəbər Lenti