Suriyada raket atəşi nəticəsində dinc sakinlər xəsarət alıb
Suriyada raket atəşi nəticəsində dinc sakinlər xəsarət alıbSuriyanın Hələb şəhərinin Kuveyres aeroportundan buraxılmış raketlər ölkənin şimalındakı Cerablus və Əl-Bab rayonlarında neft sisternlərini və yaşayış məntəqələrinə düşüb
Suriyanın Hələb şəhərinin Kuveyres aeroportundan buraxılmış raketlər ölkənin şimalındakı Cerablus və Əl-Bab rayonlarındakı neft sisternlərinə və yaşayış məntəqələrinə düşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdə yayılmış xəbərində deyilir.
Qeyd edilən ərazilər Türkiyənin Silahlı Qüvvələrinin “Fərat qalxanı” antiterror əməliyyatı zonasında yerləşir.
Nazirliyin məlumatına görə, hücum nəticəsində dinc əhali arasında bir neçə nəfər xəsarət alıb. Bəşşar Əsədə məxsus qüvvələr tərəfindən nəzarət edilən ərazilərə zərbə endirilib.
İnformasiyaya əsasən, hücumdan az sonra Rusiya Federasiyasına dinc sakinlərə hücumların dayandırılması zəruriliyi haqqında xəbərdarlıq edilib, müəyyən edilmiş hədəflər üzrə cavab atəşi açılıb.
1- Suriye'de Rejim kontrolünde bulunan Halep’teki Kuveyris Havaalanı’dan ateşlenen ÇNRA ve balistik füzeler, kuzeydeki Cerablus ve El Bab ilçelerindeki sivil yerleşim yerleri ile akaryakıt tankerlerinin park noktalarını hedef almıştır. Sivil yaralılar bulunmaktadır. pic.twitter.com/KT8mzk1BCo
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 14, 2021