Suriyada minalanmış motosikletin partlaması nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Digər ölkələr
  • 03 iyul, 2019
  • 20:39
Suriyada minalanmış motosikletin partlaması nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Suriyanın cənubundakı Suveyda şəhərində minalanmış motosikletin partlaması nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb. 

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndələrinə istinadən SANA agentliyi məlumat verib.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.