Suriyada güclü partlayış olub: ölən və yaralananlar var

Digər ölkələr
  • 09 yanvar, 2017
  • 22:52
Suriyada güclü partlayış olub: ölən və yaralananlar var

Bakı. 10 yanvar. REPORT.AZ/ Suriyada güclü partlayış olub.

"Report"un məlumatına görə, bu barədə "Al-Masdar News" portalı xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimal-şərqindəki Qamışlı şəhərində baş verib.

Belə ki, avtomobildə quraşdırılmış partladıcı maddənin işə düşməsi nəticəsində ən azı 1 nəfər ölüb. Partladıcı vasitənin bura ölkənin mərkəzi rayonlarından birindən gətirildiyi bildirilir.

Hadisə zamanı daha bir neçə nəfərin yaralandığı bildirilir.

Partlayışın baş verdiyi əraziyə təcili yardım briqadaları gəlib.