Sudanda vəba epidemiyası qurbanlarının sayı 1 258 nəfərə çatıb

Sudanda vəba epidemiyası qurbanlarının sayı 1 258 nəfərə çatıb Sudan Səhiyyə Nazirliyi ölkədə vəbaya yoluxanların ümumi sayının 48 min 598 nəfərə çatdığını bildirib.
Digər ölkələr
25 Dekabr , 2024 02:56
Sudanda vəba epidemiyası qurbanlarının sayı 1 258 nəfərə çatıb

Sudan Səhiyyə Nazirliyi ölkədə vəbaya yoluxanların ümumi sayının 48 min 598 nəfərə çatdığını bildirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumatda vəba epidemiyasından həyatını itirənlərin sayının 1 258 nəfərə çatdığı qeyd olunur.

Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin daha sürətlə yayılmasına səbəb olub. Ölkə hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi daha əvvəl 3,4 milyon sudanlı uşağın vəbaya yoluxma riski altında olduğunu bildirib.

BMT-nin Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Son xəbərlər

Orphus sistemi