Şri-Lankanın keçmiş neft ehtiyatları naziri həbs olunub

Digər ölkələr
  • 29 oktyabr, 2018
  • 12:31
Şri-Lankanın keçmiş neft ehtiyatları naziri həbs olunub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Şri-Lankanın keçmiş neft ehtiyatları naziri Arjuna Ranatunga həbs olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, nümayiş iştirakçısının qətlə yetirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.

Belə ki, paytaxt Kolombo yaxınlığında “Ceylon Petroleum Corporation” şirkətinin binası qarşısında etiraz aksiyası keçirilən zaman sabiq nazir ora gəlib. Təhlükəsizlik xidmətinin əməkdaşları onu qorumaq məqsədilə kütləyə atəş açıblar. Təsdiqlənmiş məlumata görə, güllə yarası ilə xəstəxanaya yerləşdirilən üç nəfərdən biri həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

44 filmi