Bakı. 22 aprel. REPORT.AZ/ Kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqının siyasi reytinqi 33%-ə düşüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat "Infratest dimap" xidmətinin apardığı sorğunun bu gün açıqlanan nəticələrində əksini tapır.
Almaniyanın ikinci ən populyar partiyası Sosial Demokrat Partiyasıdır - 21%. Seçki indi keçirilsəydi, "Almaniya üçün alternativlər" avrotənqidçiləri 14%, "yaşıllar" 12%, Sol partiya 8%, Azad Demokrat Partiyasının timsalında parlamentdə iştirak etməyən müxalifət isə 7% səs toplayardı.
Sosioloqların məlumatlarına görə, Almaniyada sakinlərinin 47%-i mövcud hökumətin əhalini terror hücumlarından qorumağa qadir olduğuna inanır. Respondentlərin 46%-i rəsmi Berlinin qaçqınlarla bağlı vəziyyəti nəzarət altında saxladığına əmindir.