Sorğu: Amerikalıların 60 %-i ölkələrinin İran-İsrail münaqişəsinə cəlb olunmasına qarşıdır

Digər ölkələr
  • 18 iyun, 2025
  • 18:15
Sorğu: Amerikalıların 60 %-i ölkələrinin İran-İsrail münaqişəsinə cəlb olunmasına qarşıdır

ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, Vaşinqton İran və İsrail arasındakı münaqişədə iştirak etməməlidir.

"Report" xəbər verir k, bunu "YouGov"un sorğusunun nəticələri sübut edir.

Belə ki, respondentlərin 60 %-i ABŞ-nin bu münaqişəyə cəlb olunmasına qarşıdır, 16 %-i əks fikirdədir. Qalan 24 %-i mövqelərini müəyyənləşdirmədiklərini bildiriblər.

Sorğuda iştirak edənlərin əksəriyyəti (56 %-i ) hesab edir ki, ABŞ İranla nüvə proqramı üzrə danışıqlarda iştirak etməlidir.

Araşdırma göstərib ki, amerikalıların təxminən 50 %-i İranı "ABŞ-nin düşməni" hesab edir.

Sorğu göstərib ki, amerikalıların 36 %-i İsraili ABŞ-nin müttəfiqi, 10 %-i İsraili qeyri-səmimi, 6 %-i isə onu düşmən adlandırır, qalanları cavab verməkdə çətinlik çəkiblər.

Təxminən 1,5 min nəfərin iştirak etdiyi sorğu iyunun 13-16-da keçirilib.

44 filmi