Bakı. 1 dekabr. REPORT.AZ/ Oktyabrın 14-də Somalidə törədilmiş terror aktı qurbanlarının sayı 512 nəfərdir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, yerli hakimiyyət orqanları oktyabrın 20-də terror aktı zamanı 358 nəfərin ölümünü təsdiqləyiblər. "Reuters"in məlumatına görə, bundan sonra Somali hökuməti həlak olanların sayını dəqiqləşdirmək üçün komitə yaradıb.
"Biz hazırda ötən ay baş vermiş partlayışda 512 nəfərin həlak olduğunu təsdiqləyirik. Partlayış zamanı daha 316 nəfər xəsarət alıb", - deyə komitənin sədri agentliyə bildirib.
Xatırladaq ki, hadisə Moqadişonun Hodan rayonu ərazisindəki mehmanxana binasının yanında baş verib. Hakimiyyət orqanları minalanmış yük avtomobilinin partladılmasına görə "Əl Qaidə" ilə əlaqədə olan və Somali hökumətinə qarşı silahlı mübarizə aparan "Aş Şabab" qruplaşmasını ittiham edirlər.