Somalidə terrorçular 50 sülhməramlını qətlə yetiriblər
Digər ölkələr
- 01 sentyabr, 2015
- 07:18
Bakı. 1 sentyabr. REPORT.AZ/ "Əş-Şabab" terrorçularının Somalinin cənubunda Afrika İttifaqı sülhməramlılarının bazasına hücumu nəticəsində 50-dən çox sülhməramlı qətlə yetirilib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin paytaxtı Moqadişodan 90 km cənubda baş verib. Terrorçular sülhməramlıların yerləşdiyi bazanın ərazisinə avtomobillə daxil olublar. Maşındakı terrorçu-intiharçı özünü partladıb. Bundan sonra silahlı terrorçular bazaya soxularaq, atəş açmağa başlayıblar.
Terrorçular hücum nəticəsində 50-yə yaxın sülhməramlını öldürdükləri haqda xəbər yayıblar. Məlumata görə, terrorçular hücumları nəticəsində qarşı tərəfdə ölənlərin sayını bir qayda olaraq, artırırlar.
Son xəbərlər
11:06
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə11:00
44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY
Qarabağ11:00
Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
Analitika10:56
Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA
Ekologiya10:51
Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib
Energetika10:45
İsrail Səfirliyi: Arzu edirik ki, bu bayram Azərbaycan xalqına möhkəm sülh, rifah, birlik və güc gətirsin
Xarici siyasət10:37
Qalibaf: İranın şərtləri yerinə yetirilməsə, Hörmüz boğazı açılmayacaq
Region10:35
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
Fərdi10:34