Somalidə hərbi bazaya hücum: çoxlu sayda ölən və yaralananlar var

Somalidə hərbi bazaya hücum: çoxlu sayda ölən və yaralananlar var Onun  sözlərinə görə, partlayışa səbəb bomba yüklənmiş avtomobilin partlaması olub.
Digər ölkələr
8 Avqust , 2020 15:00
Somalidə hərbi bazaya hücum: çoxlu sayda ölən və yaralananlar var

Somalinin paytaxtı Moqadişidə stadionun yaxınlığında yerləşən hərbi hissəyə edilən hücum nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bu barədə Somali ordusunun mayoru Abdullahi Mahmud bildirib.

Onun sözlərinə görə, partlayışa səbəb bomba yüklənmiş avtomobilin partlaması olub. Ölən və yaralananların hadisə yerindən daşındığı bildirilib.

Son xəbərlər

Orphus sistemi