Slovakiyanın birinci prezidenti vəfat edib

Digər ölkələr
  • 05 oktyabr, 2016
  • 20:02
Slovakiyanın birinci prezidenti vəfat edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Slovakiya Respublikasının 1993-1998-ci illərdə ali dövlət vəzifəsini tutmuş birinci prezidenti Mixal Kovaç oktyabrın 5-i Bratislavada vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

"Onun ölümünə "ürək dayanması" səbəb olub", - deyə məlumatda bildirilir.

"Mixal Kovaç uzun müddət idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi və o, 87 yaşında ikən dünyasını dəyişdi", - deyə radio qeyd edib.