Slovakiya müdafiə naziri Robert Kaliniak ölkəsinin Ukraynaya hərbi yardımı dayandırması barədə NATO-nun Baş katibi Yens Stoltenberqə məlumat verib.
“Report” xəbər verir ki, bu barədə Slovakiyanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Slovakiya hökuməti sənədi qəbul edib.
Məlumat görə, Slovakiyanın tərəfdaşları bu qərar hörmətlə yanaşır.
Slovakiyada sentyabrın 30-da keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, “İstiqamət – sosial demokratiya” (“Smer”) partiyası qalib gəlib. “Smer” digər partiyalar “Hlas” (“Səs”) və SNS (Slovak milli partiyası) ilə birlikdə koalisiya formalaşdırıb.
Baş nazir postuna “Smer” sədri Robert Fits yiyələnib. O üçüncü dəfədir Slovakiyanın Baş naziri olur.
Yeni hakimiyyət Slovakiyanın bundan əvvəlki hökumətinin Ukraynaya 40 milyon avroluq hərbi yardımla bağlı qərarını ləğv edib.