Slovakiya Ukraynaya daha iki özüyeriyən haubitsa təhvil verib
Digər ölkələr
- 09 oktyabr, 2022
- 18:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Slovakiya Ukraynaya daha iki “Zuzana 2” özüyeriyən haubitsa təhvil verib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.
O qeyd edib ki, silahlar kommersiya müqaviləsi əsasında hazırlanır.
“İndi haubitsaların ikisi köçürülüb, növbəti ikisi isə yaxın vaxtlarda Ukraynaya ötürüləcək", - nazir deyib.
Bildirilir ki, haubitsaların istehsalı Danimarka, Almaniya və Norveç tərəfindən maliyyələşdiriləcək, onlar bunun üçün 92 milyon avro ayıracaqlar. Müvafiq sazişi artıq Slovakiyanın müdafiə naziri Yaroslav Nad və onun danimarkalı həmkarı Morten Bedskov imzalayıblar.
Son xəbərlər
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfərə gedib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr
21:14
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub edib
Komanda
21:08
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla başa vurublar
Fərdi
21:04
Kris Rayt: Moskva ilə müqavilə Rusiya-Ukrayna münaqişəsinin innovativ həllidir
Digər ölkələr