Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiya ilə heç vaxt silah sövdələşməsinə getmədiyini və bunu etmək niyyətində olmadığını bildirib.
“Report” xəbər verir ki, bu barədə KXDR-in
“Biz bir daha aydın şəkildə bildiririk ki, bizim Rusiya ilə heç vaxt silah razılaşmamız olmayıb və bunu gələcəkdə də etməyi planlaşdırmırıq”, - bəyanatda vurğulanıb.
Həmçinin bildirilib ki, Pxenyan və Moskva arasında bu cür razılaşmalar barədə şayiələr ABŞ-ın Şimali Koreyanın reputasiyasını ləkələmək cəhdidir.
Xatırladaq ki, ötən həftə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Pxenyanın gizli şəkildə Rusiyanı artilleriya mərmiləri ilə təmin etdiyini deyib.