Silahlı yaraqlılar Suriyanın Homs şəhərini tərk edir

Silahlı yaraqlılar Suriyanın Homs şəhərini tərk edir Qubernatorun sözlərinə görə, yaraqlıların ilk qrupu artıq əl-Vair rayonunu tərk edib
Digər ölkələr
9 Dekabr , 2015 14:57
Silahlı yaraqlılar Suriyanın Homs şəhərini tərk edir

Bakı. 9 dekabr. REPORT.AZ/ Suriya hökuməti və müxalifət arasında əldə olunan razılaşma çərçivəsində silahlı yaraqlılar Suriyanın Homs şəhərini tərk etməyə başlayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər qubernatoru Talal əl-Barazi məlumat verib.

Qubernatorun sözlərinə görə, yaraqlıların ilk qrupu artıq əl-Vair rayonunu tərk edib.

Əyalətdəki mənbənin "Sputnik" agentliyinə verdiyi məlumata əsasən, silahlı quldurlar ailələri ilə birlikdə 14 avtobusla Homsu tərk edəcək və artıq ilk avtobuslar yola düşüb.

Xatırladaq ki, ötən həftə BMT və Suriya Qızıl Aypara Cəmiyyətinin vasitəçiliyi ilə imzalanmış sülh müqaviləsinə görə, şimaldakı şəhərətrafı məntəqələr istisna olmaqla, Homs şəhəri yaraqlılardan tamamilə azad olunacaq.

Son xəbərlər

Orphus sistemi