​Səudiyyə Ərəbistanı iqtisadiyyata 613 milyard dollar sərmayə qoyacaq

​Səudiyyə Ərəbistanı iqtisadiyyata 613 milyard dollar sərmayə qoyacaq Bu, Türkiyə firmalarının krallıqda fəaliyyətinə geniş imkanlar açacaq
Digər ölkələr
30 Dekabr , 2015 13:50
​Səudiyyə Ərəbistanı iqtisadiyyata 613 milyard dollar sərmayə qoyacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı 2020-ci ilədək ölkə iqtisadiyyatına 613 milyard dollarlıq sərmayə qoyacaq.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, krallıq iqtisadiyyatının neftdən asılığını azaltmaq, bu sahədə tərəqqini təmin etmək məqsədi ilə infrastrukrun inkişaf etdirilməsi və yerli istehsalatın artırılmasına önəm verən layihələr həyata keçirməyi planlaşdırır.

Xəbərə əsasən, belə bir şərait Türkiyə firmalarının da krallıqda fəaliyyətinə geniş imkanlar açacaq.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına iki günlük rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi də müzakirə edilib.

Qeyd edək ki, R.T.Ərdoğan dekabrın 29-30-da kral Salman ibn-Əziz əs-Səudun dəvəti ilə Səudiyyə Ərəbistanında səfərdə olub. 

Son xəbərlər

Orphus sistemi