Serbiya parlamenti Ana Brnabiçin başçılıq etdiyi yeni hökuməti təsdiqləyib

Digər ölkələr
  • 26 oktyabr, 2022
  • 18:01
Serbiya parlamenti Ana Brnabiçin başçılıq etdiyi yeni hökuməti təsdiqləyib

Serbiya Xalq skupşinasının (250 yerlik parlament) deputatları iki günlük müzakirələrdən sonra səs çoxluğu ilə ölkə hökumətinin yeni tərkibini təsdiqləyiblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu parlamentin spikeri Vladimir Orliç deyib.

"Səsvermədə iştirak edən 225 deputatdan 157-si təklifin lehinə, 68-i əleyhinə səs verib, bitərəf qalan olmayıb, 25 deputat prosesdə iştirak etmədi. 157 deputat qərarın lehinə səs verib, bu çoxluqdur, parlament hökuməti təsdiqlədi, təbrik edirəm”, - spiker bildirib.

Bundan sonra Nazirlər Kabinetinin yeni üzvləri and içib. Serbiya hökumətinə hazırkı Baş nazir Ana Brnabiç başçılıq edirdi.

Nazirlər Kabinetinə həmçinin üç baş nazirin müavini daxil olub: Baş nazirin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç, baş nazirin müavini və müdafiə naziri Miloş Vuçeviç və baş nazirin müavini və maliyyə naziri Sinisa Mali.

44 filmi