Rusiya Xarkova "Banderol" dron-raketləri ilə zərbə endirib: xəsarət alanlar var
Digər ölkələr
- 05 avqust, 2026
- 12:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya qoşunları avqustun 5-i səhər saatlarında Ukraynanın Xarkov şəhərinə "Banderol" dron-raketləri ilə zərbə endirib, səkkiz dinc sakin xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, zərbələrdən biri Novobavarsk rayonuna endirilib, burada mülki müəssisə vurulub. Daha bir raket isə Xolodnoqorsk rayonunda fərdi evin ərazisinə düşüb.
Hücum nəticəsində yaşayış evləri və bir neçə avtomobil zədələnib.
Şəhər rəhbərliyinin məlumatına görə, Novobavarsk rayonunda 5, Xolodnoqorsk rayonunda isə 3 nəfər xəsarət alıb.
Hadisə yerlərində fövqəladə hallar üzrə xidmətlər işləyir, zərbənin fəsadları barədə məlumat dəqiqləşdirilir.
Son xəbərlər
17:25
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
Digər ölkələr
17:18
Foto
Ağdaşda II Heyva Festivalı və Aqrar Biznes Festivalı keçirilib – Yenilənib
ASK
17:08
Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb
ASK
16:59
Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə şənlik keçirilib
Daxili siyasət
16:59
Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD üzərində qələbə qazanıb
Komanda
16:49
Foto
Naxçıvanda Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib
Ekologiya
16:45
İraq OPEC-lə neft kvotasının artırılmasını müzakirə edir
Energetika
16:28
Foto
"Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib
Biznes
16:19
Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya