Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur

Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-dən çoxunda milli valyutalar istifadə olunur və 2024-cü il üçün ikitərəfli ticarət dövriyyəsi 12,4 % artıb.
Digər ölkələr
22 Oktyabr , 2024 01:14
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur

Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-dən çoxunda milli valyutalar istifadə olunur və 2024-cü il üçün ikitərəfli ticarət dövriyyəsi 12,4 % artıb.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti iki ölkə prezidentlərinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində görüşü ərəfəsində məlumat verib.

“Hər iki ölkənin rəhbərliyi ticarət-iqtisadi əlaqələrin inkişafına prioritet diqqət yetirir. 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsi müəyyən azalmaya baxmayaraq, 4 milyard dollardan çox olub. Bu il yanvar-avqust aylarının nəticələrinə görə 12,4 % artım qeydə alınıb. Qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 96 %-i keçir”, – məlumatda deyilir.

Qeyd olunub ki, Rusiya və İran nəqliyyat və energetika sahəsində bir neçə iri birgə layihə həyata keçirir.

Kreml qeyd edib ki, Rusiya – İran münasibətləri yüksəliş dövrünü yaşayır. Gözlənilir ki, onlar “hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə” çıxacaq: buna İran prezidentinin ayrıca səfəri zamanı müvafiq müqavilənin imzalanması imkan verəcək.

Son xəbərlər

Orphus sistemi