Rusiya ordusu Baxmut və Soledar yaxınlığında mövqelərini itirib

Rusiya ordusu Baxmut və Soledar yaxınlığında mövqelərini itirib Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Rusiya qoşunları ilə döyüşlər zamanı Baxmut və Soledar yaxınlığındakı bir sıra mövqelərdən Rusiya qoşunlarını sıxışdıra bilib.
Digər ölkələr
12 May , 2023 04:42
Rusiya ordusu Baxmut və Soledar yaxınlığında mövqelərini itirib

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Rusiya qoşunları ilə döyüşlər zamanı Baxmut və Soledar yaxınlığındakı bir sıra mövqelərdən Rusiya qoşunlarını sıxışdıra bilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, xüsusilə, söhbət Rusiya qoşunlarının üç mövqe itirməsindən gedir.

Xəritə məlumatlarına görə, Rusiya Baxmutdan qərbdə və Xromovodan cənubda yerləşən İvanovskinin cənubunda mövqelərini itirib.

Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Baxmut rayonunda müvəqqəti işğal olunmuş Kleşiyevkanın qərbində yerləşən Stupoçekdən cənub-şərqdə yerləşən mövqedən Rusiya qoşununu darmadağın edib.

Beləliklə, aydın olur ki, cəbhənin bu hissəsinə Rusiya qoşunlarının bölmələrinin Ukrayna müdafiəçiləri tərəfindən cinahlardan mühasirəyə alınma riski artır.

Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin hərbçiləri Spornı (şərqdə) və müvəqqəti işğal olunmuş Soledar (qərbdə) arasında yerləşən Beloqorovka yaxınlığındakı mövqelərdən Rusiya qoşunlarını qovublar.

Son xəbərlər

Orphus sistemi