Yuxarı

Nazir: "Rusiya İrandan neft idxalını planlaşdırmır"

İrandan neft almaq niyyətimiz yoxdur, Rusiya özü neft istehsalı ilə məşğul olur

Bakı. 9 İyun. REPORT.AZ/ Rusiya İrandan neft idxalını planlaşdırmır. "Report"un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

"İrandan neft almaq niyyətimiz yoxdur, Rusiya özü neft istehsalı ilə məşğul olur", - deyə rusiyalı nazir vurğulayıb.

A.Novakın sözlərinə görə, mövcud müqavilələrə əsasən İran neft ixracından əldə etdiyi gəlirlərin bir qismini Rusiya mallarını almaq üçün istifadə edə bilər.

Ötən həftə İranın neft naziri Bijən Namdar Zəngənə Vyanada keçirilən OPEK-in iclasından sonra bəyan etmişdi ki, Rusiya İrandan gündəlik 500 min barel neft idxal edəcək.

Zəngənə deyib ki, ümidvarıq ki, qısa müddət ərzində ilk neft yükü İrandan Rusiyaya ixrac olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi