"Crocus”da baş verən terror aktından sonra nəqliyyatda təhlükəsizlik tədbirləri gücləndirilib

"Crocus”da baş verən terror aktından sonra nəqliyyatda təhlükəsizlik tədbirləri gücləndirilib Daxili İşlər Nazirliyi “Crocus City Hall”da törədilən terror aktından sonra Rusiyada nəqliyyat təhlükəsizliyi tədbirlərini gücləndirib.
Digər ölkələr
28 Mart , 2024 15:36
Crocus”da baş verən terror aktından sonra nəqliyyatda təhlükəsizlik tədbirləri gücləndirilib

Rusiya Daxili İşlər Nazirliyi “Crocus City Hall”da törədilən terror aktından sonra nəqliyyatda təhlükəsizlik tədbirlərini gücləndirib.

“Report” xəbər verir ki, bu barədə Rusiya daxili işlər nazirliyinin nəqliyyat üzrə baş idarəsinin rəisi Oleq Kalinkin bildirib.

“Təhlükəsizlik tədbirləri bəzi obyektlərdə gücləndirilib. Daxili işlər orqanlarının bütün müvafiq idarələri işləyir. Nəzarət tədbirləri aparılır”, - o bildirib.

O.Kalinkin qeyd edib ki, polis sərnişin axınını diqqətlə izləyir.

Onun sözlərinə görə, nəqliyyat obyektlərində müşahidə kameraları hər zaman saz vəziyyətdə olmalıdır.

Son xəbərlər

Orphus sistemi