Rumıniyada qatarla avtomobil toqquşub, ölənlər var

Digər ölkələr
  • 16 iyul, 2023
  • 17:27
Rumıniyada qatarla avtomobil toqquşub, ölənlər var

Rumıniyanın Orben qəsəbəsində (Bakeu vilayəti) sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində ikisi yeniyetmə olmaqla 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.

Suçava - Buxarest marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomatik siqnalizasiya ilə təchiz olunmuş keçiddə minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtomobildəkilərin hamısı ölüb.

Ərazinin dəmiryolunda hərəkət dayandırılıb, polis qəzanın səbəblərini araşdırır.