Rumıniyada anomal istilər nəticəsində ölənlərin sayı 10 nəfəri keçib

Digər ölkələr
  • 24 iyun, 2016
  • 00:00
Rumıniyada anomal istilər nəticəsində ölənlərin sayı 10 nəfəri keçib

Buxarest, 24 iyun. REPORT.AZ/ Son iki gündə Rumıniyada havaların kəskin istiləşməsi 10-dan çox insanın həyatına son qoyub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, anomal istilər ölkənin şimal-şərqində yerləşən Vasluy, Arceş və İaşi rayonlarında müşahidə olunub.

Burada havanın temperaturu 40 dərəcəyə qədər qalxıb. Vasluy rayon Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, ötən gün anomal istilər nəticəsində 8 nəfər ölüb, 1 nəfər isə koma vəziyyətinə düşüb. İaşi rayonunda 2, Arceş rayonunda isə 1 nəfər günvurmanın qurbanı olub.

Həyatlarını itirənlərin əksəriyyəti havanın isti keçməsinə baxmayaraq əkin sahələrində çalışanlardır. Meteoroloqların verdiyi məlumata görə, həftə sonu Rumıniyanın cənub-qərbində yerləşən daha 11 rayonda havaların kəskin istiləşəcəyi, temperaturun 41 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Artıq həkimlər ölkə sakinlərinə xüsusilə günorta saatlarında mümkün qədər evdən çölə çıxmamağı tövsiyə edirlər. 

44 - Tezliklə