Roma Papası Ukraynanın Baş nazirini qəbul edəcək
Digər ölkələr
- 24 aprel, 2023
- 16:35
Aprelin 27-də Roma Papası Fransisk Apostol sarayında Ukraynanın Baş naziri Denis Şmıqalı qəbul edəcək.
“Report” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
ANSA agentliyinin məlumatına görə, bu, 2021-ci il martın 25-dən sonra pontifikin Ukraynanın Baş naziri ilə Vatikanda ikinci görüşüdür.
Qeyd edək ki, Şmıqal İtaliyanın paytaxtı Romaya aprelin 26-da Ukraynanın bərpası ilə bağlı konfransda iştirak etmək üçün gələcək. Tədbir İtaliya hökuməti tərəfindən təşkil olunur və iki ölkənin hakimiyyət orqanlarının və biznes strukturlarının nümayəndələri iştirak edəcəklər. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayaninin sözlərinə görə, 1 000-dən çox şirkətin iştirakı gözlənilir.
Son xəbərlər
12:17
Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırır"
Turizm12:11
FHN Formula 1 ilə əlaqədar təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib
Hadisə12:10
Emin Ağalarov: "Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub"
İnfrastruktur12:09
Foto
"Formula 2": Rafael Kamara Bakıda qalib olub - YENİLƏNİB
Formula 112:04
Foto
"Minkənd" KSES-in açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub
İnfrastruktur11:51
Laçında traktor minaya düşüb
Hadisə11:51
Azərbaycanda 3 milyon kvadratmetrdən çox tikinti sahəsi investisiyalar üçün hazırlanıb
İnfrastruktur11:46
KPMG: Azərbaycan beynəlxalq biznesin əsas regional platformasına çevrilə bilər
Biznes11:43