Reuters: ABŞ İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək

Reuters: ABŞ İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək ABŞ nümayəndə heyəti İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək.
Digər ölkələr
27 May , 2024 02:34
Reuters: ABŞ İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək

ABŞ nümayəndə heyəti İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə “Reuters” amerikalı rəsmiyə istinadən bildirib.

Agentliyin məlumatına görə, ABŞ administrasiyasının nümayəndələri iyunun 15-16-da İsveçrənin Bürgenştok şəhərində Ukrayna üzrə keçiriləcək konfransda iştirak edəcəklər.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə Sülh Formulunun on bəndindən yalnız üçünü müzakirəyə qoyacağını bildirib.

Onun sözlərinə görə, bir çox dövlətlər balanslı mövqe tutur və mürəkkəb məsələləri Rusiya tərəfinin iştirakı olmadan həll etmək istəmir. Bununla əlaqədar olaraq Ukrayna lideri fikir ayrılığına səbəb olan bəndləri çıxarmaq qərarına gəldiyini açıqlayıb.

Xatırladaq ki, mayın 25-də Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda Bakının “Sülh Sammitində iştirakına, eləcə də Azərbaycanın Ukraynanın Sülh Formuluna fəal şəkildə qoşulacağına ümid etdiyini” bildirmişdi.

Son xəbərlər

Orphus sistemi