Qvineya hərbi rəhbərliyi ötən ay devrilmiş prezident Alfa Konde dövründə xidmət edən 40-dan çox general və admiralı ordudan uzaqlaşdırıb.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, 42 general və 2 admiral iş stajına görə vəzifəsindən uzaqlaşdırılıb. Onların hamısı əvvəlki rəhbərlik dövründə əsas komandanlıqda çalışıblar.
Digər fərmanla işdən çıxarılan yüksək rütbəli hərbçilərdən 25-i milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi orqan olan Qvineya Ali Müdafiə Şurasına daxil edilib.
Xatırladaq ki, sentyabrın 5-də Qvineya ordusu ölkədə hakimiyyətin ələ keçirildiyini və ölkə prezidenti Alfa Kondenin həbs olunduğunu bildirib. Ordu daha sonra sərhədlərin bağlanması, hökumət və parlamentin buraxılması, konstitusiyanın dayandırılması ilə bağlı qərarlar qəbul edib.