Qrossi ikinci müddətə AEBA-nın Baş direktoru vəzifəsinə təyin edilib

Digər ölkələr
  • 10 mart, 2023
  • 10:05
Qrossi ikinci müddətə AEBA-nın Baş direktoru vəzifəsinə təyin edilib

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İdarəçilər Şurası Rafael Qrossini ikinci müddətə, 2 dekabr 2027-ci il tarixinədək Agentliyin Baş direktoru vəzifəsinə təyin edib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

"AEBA İdarəçilər Şurası cənab Rafael Mariano Qrossini 2 dekabr 2027-ci ildə başa çatacaq ikinci müddətə Agentliyin Baş direktoru vəzifəsinə təyin edib", - o tviter hesabında yazıb.

44 - Tezliklə